DİM şagirdlərə müraciət edib

Məlum olduğu kimi, iyunun 9-da Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında, iyunun 10-da isə Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt (2-ci hissə) şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad (1-ci hissə), İmişli, İsmayıllı, Quba (1-ci hissə) rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcəkdir.
Mərkəzdən bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Abşeron, Masallı, Xaçmaz, Sumqayıtda, Cəlilabad, Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə"lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan günlərdə hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edilib
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO











