DİN-dən ƏMƏLİYYAT - Ağcabədidə 20 nəfər saxlanıldı - FOTO

Yanvarda narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bunlarla yanaşı, keçirilən tədbirlər zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlardan 2 ədəd "Makarov" markalı tapança, 2 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.
Daxil olmuş mal-qara oğurluqları ilə bağlı keçirilən əməliyyatlar zamanı isə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 min manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dəymiṣ ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər aparılır.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














