DİN Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov bildirilib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:
"Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib".
Qeyd edək ki, Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib. Sakinlərin sözlərinə görə, bir müddət əvvəl "Tik-Tok" sosial şəbəkəsində naməlum şəxs (və ya şəxslər) tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşıb, təhqir olunublar: "17 iyun 2022-ci il tarixdə 27 nəfər Ucar sakininin imzası ilə şikayət ərizəsi yazaraq Ucar Rayon Polis Şöbəsinə müraciət etmişik. Artıq bu şantajın əlliyə yaxın qurbanı (zərəçəkən) var".
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?











