“Donmayan sistem” hazırlamaq mümkün deyilmi? - FOTO

Artıq bir neçə ildir bağçaya, məktəbəqədər hazırlığa və məktəbə qəbul elektron qaydada aparılır. Lakin hər il valideynlər eyni problemlə üzləşirlər: qəbul və ya qeydiyyat saatı başlayan kimi sistem çökür. Şəxsən mən valideyn olaraq bu məsələ ilə 5 fasilə ilə ikinci dəfədir rastlaşıram.
Peşə fəaliyyətimlə əlaqədar olaraq bu prosesləri daim izlədiyim üçün deyə bilərəm ki, eyni hal hər il dəfələrlə təkrar olunur. Elm və Təhsil Nazirliyinin məsələyə münasibəti də dəyişmir. Hər dəfə şablon cavab belə olur: Sistemə giriş çoxdur. Bəs bu arqument nə dərəcədə güclüdür?
Elm və Təhsil Nazirliyinin statistikasına görə ötən il Azərbaycanda orta məktəbə qəbul olunan uşaqların sayı 151 560 nəfər, məktəbəhazırlıq qrupuna qəbul isə 90 666 nəfər olub. Yuvarlaq desək, bu qədər uşağı sistemdə qeydiyyatdan keçirmək üçün 300 000 istifadəçi qeydiyyatı lazımdır. Bəs bu qədər istifadəçinin ehtiyacını təmin edən sistem yaratmaq mümkün deyilmi?
Bəli, birmənalı şəkildə mümkündür. Ən azından dünya təcrübəsi mövcuddur: Feysbuk, Vatsap, Quql, İnstaqram hər saniyədə yüz milyonlarla istifadəçiyə qüsursuz xidmət edir. Dünyanın bütün tanınan və tanınmayan ölkələrindən bu platformalara giriş olsa da, sistem çökmür. Yaxud, baş verən nasazlıq qısa müddətə aradan qaldırılır.
Bəs bu təqdirdə cəmi 300 000 ölkədaxili istifadəçinin ehtiyacını ödəyəcək sistem qurmaq mümkün deyilmi? “Yox” cavabı inandırıcı deyil.
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO











