Doqquz ayda dəmir yolu ilə yeddi milyondan çox sərnişin daşınıb

2025-ci ilin ilk doqquz ayında dəmir yolu ilə ümumilikdə 7 milyon 156 min 830 sərnişin daşınıb.
Avtosfer.az xəbər verir ki, bu statistika "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti III rübünə aid hesabatında əksini tapıb.
Hesabata görə, birinci rübdə 2 074 443, ikinci rübdə 2 573 998, üçüncü rübdə isə 2 508 389 sərnişin daşınıb.
Hesabat dövründə sərnişindaşımanın əsas hissəsini şəhərətrafı marşrutlar təşkil edib. Bu istiqamət üzrə I rübdə 1 950 270, II rübdə 2 450 906, III rübdə isə 2 373 682 sərnişin qatarlardan istifadə edib.
Ölkədaxili istiqamətlər üzrə daşınma göstəriciləri I rübdə 124 173, II rübdə 123 092, III rübdə isə 134 707 sərnişin olub.
Ümumilikdə ilin ilk doqquz ayı ərzində şəhərətrafı istiqamətlərdə 6 milyon 774 min 858, daxili istiqamətlərdə isə 382 min sərnişin daşınıb.
Bu dövrdə beynəlxalq sərnişin daşımaları üzrə statistika sıfır olub.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












