Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti "Aypara-İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, şirkət qurumun sifarişi ilə Şamaxı Ağsu və İsmayıllı rayonlarında 4 ədəd fərdi yaşayış evi tikəcək. Buna görə "Aypara-İnşşat” MMC-yə 275 466,57 manat ödəniləcək. Bu halda bir evin tikintisinin 68 866, manata başa gələcəyi aydın olur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Aypara-İnşaat” MMC 11 APREL 2012-ci ildə qeydiyyata alınacaq.
Nizamnamə kapitalı 4 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, mənzil 66-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Maarif Aydın oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












