Dörd yüz milyonluq qatarlara hərəkət üçün icazə verilməyib

Fransanın Böyük Şərq (Grand-Est) regionu yanvar ayında təhvil aldığı 30 yeni transsərhəd “Régiolis” qatarına təxminən 400 milyon avro sərf edib. Lakin bu müasir qatarlara hələ də Almaniyada hərəkət üçün icazə verilməyib. Avtosfer.az xəbər verir ki, sərnişinlərə çətinlik yaradan bu vəziyyət region rəhbərliyinin Fransa Milli Dəmir Yolları Şirkətinə (SNCF) qarşı sanksiya tətbiq etməyi gündəmə gətirməsinə səbəb olub. Regionun nəqliyyat üzrə vitse-prezidenti Tibo Filip mətbuata açıqlamasında bildirib ki, qatarlar hələlik Almaniyada istismar üçün təsdiqlənməyib. “Hazırda qatarlara Almaniyada işləmək üçün tələb olunan sertifikat verilməyib”,- deyə o əlavə edib.
Bu qatarlar Fransa ilə Almaniya arasında dəmir yolu əlaqələrini genişləndirməyi nəzərdə tutan Eks-la-Şapell (Aix-la-Chapelle) müqaviləsi çərçivəsində hazırlanıb. Lakin onların istismara buraxılmasını tənzimləyici maneə gecikdirir, çünki Almaniya vəziyyətlə bağlı yeni fövqəladə əyləc standartları tətbiq edib. “Müxtəlif qəzalar nəticəsində Almaniya təcili əyləclə bağlı qaydalarını dəyişdi. Fransız qatarlarında istifadə olunan elektromaqnit əyləc blokları Almaniya relslərində fövqəladə əyləc üçün təsdiqlənməyib”, - deyə T.Filip qatarların istismara buraxılmamasından narazılığını bildirib.
Bu layihənin hazırlanması fransız və alman mühəndislərinin birgə işi olub. Buna baxmayaraq, onlar hazırda yalnız Fransanın regional şəbəkəsində əlavə xidmət kimi istifadə edilir. Transsərhəd sərnişinlər isə yaranmış gecikmənin əziyyətini çəkir. Yeni “Régiolis” qatarları məhz Muluz–Müllheim və Strasburq–Offenburq marşrutları üçün nəzərdə tutulub. Bununla belə, proses yenidən qiymətləndirmə mərhələsinə qaytarılıb. Bu gecikmə səbəbilə Böyük Şərq regionu artıq SNCF-dən 20 milyon avroya qədər cərimə tələb etməyi nəzərdən keçirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












