Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şirkəti ötən ili zərərlə başa vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2020-ci ili 347 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 80 min manat mənfəətlə çıxmışdı. Son nəticədə qurumun yığılmış zərəri 3,3% artaraq 10,833 milyon manata çatıb.
Avtosfer.az xəbər verir ki, ötən il "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin əməliyyat gəlirləri 4,001 milyon manat (əvvəlki ilə nisbətən 25,1% az), xidmətlərinin maya dəyəri 2,156 milyon manat (13,2% az), inzibati xərcləri 2,155 milyon manat (20,6% az), maliyyə xərcləri isə 36 min manat (55,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin aktivləri 2,443 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə şirkətin 80,1% azalaraq 88 min manat, balans kapitalı isə 17,8% artaraq 2,355 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,55% artaraq 2,225 milyon manat olub.
Xatırladaq ki, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" 2006-cı ildə “Bakı Sərnişin Nəqliyyatı” adı ilə yaradılıb. 2014-cü ildə şirkət adını “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili”nə dəyişdiriib, 2016-cı ildən isə indiki adı ilə fəaliyyət göstərməyə başlayıb. Cəmiyyətin əsas məqsədi avtomobil nəqliyyatı ilə (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sərnişin və yük daşımalarının təşkilinə və tənzimlənməsinə dair xidmətlər göstərilməsindən, daşımalar sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasından ibarətdir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












