Dövlət əleyhinə çağırışlarda təqsirləndirilənlər hakim qarşısında

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri müvəkkillərinin ev dustaqlıgina buraxılması ilə bağlı vəsatətlərlə çixış ediblər.
Daha sonra təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Prokuror vəsatətləri əsassiz sayaraq təmin olunmamasını məhkəməyə təklif edib.Məhkəmə prokurorun təklifini qəbul edib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağli qərar qəbul edilib. Növbəti proses mayın 15-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istinaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












