Dövlət qurumlarına yalan çağırış edən şəxs saxlanıldı - FOTO

“Xaçmaz-Quba yolunda “KamAZ” markalı yük avtomobilinin VAZ-2106 markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayan şəxs məsuliyyətə cəlb olunub”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov oxu.az-ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, polisə zəng edərək yalan məlumat verən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb:
“C.Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb.”
Qeyd edək ki, ötən gecə Xaçmaz-Quba yolunda “KamAZ” markalı yük avtomobilinin VAZ-2106 markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayılıb. Media ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Təcili Tibbi Yardım, Post Patrul Xidmətinin əməkdaşları hadisənin baş verdiyi deyilən yerə cəlb olunublar.
Həmin əraziyə gələn qurum nümayəndələri məlumatın yanlış olduğuna şahidlik ediblər.
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...













