Dövlət sərhədini pozan Ermənistan vətəndaşına baş çəkildi

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri 2023-cü il avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunmuş Ermənistan vətəndaşı R.Beqlaryan da konfidensial qaydada qəbul ediblər.
Ombudsman Aparatından Avtosfer.az-a verilən məlumata görə, Milli Preventiv Qrupun üzvləri tərəfindən ona öz dilində qanunvericilik aktları təqdim olunub.
“Aparılan söhbət zamanı həbs edilmiş bu şəxsə münasibətdə də hər hansı fərq qoyulmadan hüquqlarının təmin olunduğu, lazımi tibbi-psixoloji xidmətin göstərildiyi müşahidə edilib və özü də bunları müraciətində təsdiq etməklə minnətdarlığını bildirib.
Başçəkmə zamanı qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri izah olunub, eləcə də milli qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












