Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: “Bu il 5700 yanğın hadisəsi qeydə alınıb”

“Havaların isti keçməsi ilə əlaqədar olaraq son günlər yanğınların sayı sürətlə artıb. Ötən illər ərzində gün ərzində 40 yanğın xəbəri alırdıqsa, indi gün ərzində 150, bəzən də 160 yanğın qeydə alınır”.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib.
O qeyd edib ki, bütün yanğın hadisələri FHN-in nəzarətindədir: “FHN-in aidiyyəti qurumları tərəfindən zəruri tədbirlər görülür. Cari ilin ötən dövrü ərzində 5700 yanğın hadisəsi qeydə alınıb. Bu yanğınların çoxu açıq sahələrdə baş verən yanğınlardır. Biçilmiş taxıl və otlaq sahələrində yanğınların baş verməsinə əsas səbəb yanğından mühafizə qaydalarına əməl olunmamasıdır. Bəzən də qəsdən yandırma halı da müşahidə olunur. Hər il baş verən bu yanğınların 60-65 %-i açıq sahədə baş verən yanğınlardı. Bunun qarşısının alınması üçün nazirlik tərəfindən tədbirlər görülür. Müqayisə üçün deyim ki, 2019-cu ildə 12200 hektar sahədə biçilmiş və ya biçilməmiş taxıl sahəsi yanmışdırsa, bu, altı dəfə azalaraq 2300 hektara düşüb. Bu il isə həmin rəqəm 200 hektardan bir az artıqdır”.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












