Dron hücumundan sonra qaz nəqli ilə bağlı Qazaxıstandan açıqlama

Qazaxıstan qazının ötürüldüyü Rusiyanın “Orenburq” qaz emalı zavoduna pilotsuz uçuş aparatları vasitəsilə olunan hücum ölkə daxilində yanacaq təchizatına təsir etməyib.
Avtosfer.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın Energetika Nazirliyi vəziyyətin nəzarət altında olduğunu bəyan edib.
Nazirlikdən verilən məlumata görə, müəssisə müvəqqəti olaraq Karaçaqanak yatağından xam qazın qəbulunu dayandırıb. “Qazaxıstanın qaz təchizatına bu hadisə təsir etməyib. Zavodun zədələnməsinin xarakteri və fəaliyyətinin bərpa müddəti barədə hələlik Rusiya tərəfindən məlumat təqdim olunmayıb. Daxili istehlakçılara qaz tədarükü məhdudiyyətsiz, normal rejimdə həyata keçirilir”, – deyə energetika nazirinin müşaviri Asel Serikpayeva bildirib.
Qurumdan qeyd olunub ki, Karaçaqanak xammalının emalına və hasilata mümkün təsirlərlə bağlı məsələlər araşdırılır. Mümkün itkilərin qiymətləndirilməsi və növbəti addımlar barədə əlavə məlumat veriləcək. Qazaxıstanın Energetika Nazirliyi Rusiya tərəfi və yatağın operatorları ilə daimi əlaqə saxlayır.
Qeyd edək ki, Rusiyadakı mənbələrin məlumatına görə, gecə saatlarında Orenburq vilayətində yerləşən qaz emalı zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə şahidləri yanğın, bir neçə partlayış və səmada tüstülənmə müşahidə olunduğunu bildiriblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












