Dronlarla mübarizəyə əlavə 2,5 milyard ayırılacaq

Niderland ölkədə baş verən son PUA insidentləri səbəbindən dronlarla mübarizə sistemləri üçün əlavə olaraq 2,5 milyard avro ayıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin dövlət katibi Geys Tyoyman parlamentə göndərdiyi məktubda bildirib. Məktubda deyilir ki, Avropa ölkələri, xüsusən də Niderland naməlum dronların istifadəsi ilə getdikcə daha çox üzləşir. “Polşa və Rumıniyada Rusiya pilotsuz təyyarələri ilə bağlı son insidentlər, həmçinin NATO ölkələrində və ən son olaraq Niderlandda kiçik və ucuz dronların kritik infrastruktur üzərində aşkarlanması ciddi narahatlıq doğurur”, - deyə Tyoyman qeyd edib.
Onun sözlərinə görə, dronlarla mübarizə potensialının gücləndirilməsi ümumilikdə 1 milyard avrodan 2,5 milyard avroyadək investisiya tələb edir. Bu vəsait Müdafiə Nazirliyinin investisiya büdcəsi hesabına maliyyələşdiriləcək.
Krallığın Müdafiə Nazirliyi bildirib ki, noyabrın 21-də axşam saatlarında hərbçilər ölkənin cənubunda yerləşən Volkel aviabazası üzərində naməlum pilotsuz uçuş aparatlarını vurmaq üçün silahdan istifadə ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












