“DSMF-nin Tərtərdəki binası tamamilə dağılıb” - İcra başçısı

Tərtər rayon icra başçısı Müstəqim Məmmədov rayona baş çəkən diplomatları müşayiət edən yerli və xarici media nümayəndələrinə açıqlama verib.
M.Məmmədov bildirib ki, Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar var:
“61 nəfər yaralanıb, onlardan 52 nəfər müalicə olunaraq evə buraxılıb. 9 nəfər Bakıda, Gəncədə və Mingəçevirdə müalicə olunur. Bir neçə saat əvvəl Tərtərə iki qadağan olunmuş raket atılıb, onlar rayonun Səhləbad, Əskipara və Ələsgərli kəndi istiqamətində partlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, evlərə, təsərrüfatlara ziyan dəyib. Gün ərzində iki raket, 71 mərmi rayona düşüb.
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində 873 evə zərər dəyib, 14 məktəb dağılıb, 3 həkim məntəqəsi, bir musiqi məktəbi, bir peşə məktəbi, üç uşaq bağçası, 100-ə yaxın ticarət və xidmət obyekti, iki böyük pambıq emalı zavodu, bir xalçaçılıq fabriki, çörək istehsalat müəssisələri daxil olmaqla 10-a yaxın müəssisə dağıdılıb. Rayonda olan 18 inzibati binaya ziyan dəyib, Dövlət Sosial Müdafiə Fondunun binası tamamilə dağılıb. Əhaliyə məxsus 120-dən çox obyektlərə ziyan dəyib. Yüzlərlə iri buybuzlu və xırda buynuzlu heyvanlar tələf olub. Rayonda əkilən 3 min hektar pambıq və min hektara yaxın çuğundurun yığımı dayandırılıb. Lakin buna baxmayaraq əhali rayonda qalır, onlar üçün 11 min 16 ədəd sığınacaq var, 70 yerdə 44 042 kvadratmetr zirzəmi ayrılıb”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












