DTX-nin Qusar əməliyyatı - “Meşə qardaşları” haqda YENİ QƏRAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qusar rayonundakı terror qruplaşmasına qarşı ilin ən böyük əməliyyatı zamanı saxlanılan şəxslərin həbs müddəti uzadılıb.
Avtosfer.az xəbər verir ki, DTX müstəntiqinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmə ibtidai araşdırmanın davam etdiyini və iş üzrə yeni sübutların toplanmasının vacibliyini nəzərə alaraq saxlanılan şəxslərin istintaq təcridxanasında qalmasını zəruri hesab edib.
Qərara əsasən, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş şəxslərin qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
Əməliyyatçılara müqavimət göstərərkən qanunsuz silahlı birləşmənin bir neçə üzvü zərərsizləşdirilib.
Cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələrlə ittiham elan edilib.(qafqazinfo)
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












