DTX tərəfindən həbs edilən şəxs hakim qarşısında

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, DTX tərəfindən Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












