Dünya yaşıl enerji resurslarına tamamilə keçə biləcək? – İQTİSADÇI MANEƏLƏRİ AÇIQLADI

Müasir dövrdə qlobal iqtisadiyyatın dayanıqlı inkişafı və ekoloji tarazlığın qorunması üçün alternativ enerji mənbələrinə keçid əsas prioritetlərdən birinə çevrilib. Neft və qaz kimi ənənəvi enerji resurslarının tükənməsi, onların qiymətindəki dalğalanmalar və ətraf mühitə vurduğu zərər alternativ enerji mənbələrinin inkişafını sürətləndirir. Bununla yanaşı, bir çox ölkə enerji asılılığını azaltmaq və milli təhlükəsizliyini təmin etmək üçün yaşıl enerjiyə investisiyaları artırır.
Dünya enerji ehtiyaclarının artması və iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar, yaşıl enerjiyə keçidi daha da aktuallaşdırıb. Bəs bu keçid nə dərəcədə realdır? Günəş və külək enerjisi potensialı kifayətdirmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bugünkü iqtisadi konfiqurasiya və geosiyasi şərtlər daxilində bu prosesin ləngiməsi və ya müəyyən siyasi maneələrin ortaya çıxması mümkündür:
“Lakin buna baxmayaraq, uzunmüddətli perspektivdə bu transformasiya prosesi baş tutacaq və əhəmiyyətli səviyyədə tamamlanacaqdır.
Bu gün dünyada günəş və külək enerjisi resursları mövcud enerji tələbatını bəzi hallarda yüzlərlə dəfə üstələyir. Bu da uzunmüddətli dövrdə enerji transformasiyasının həyata keçirilməsinə imkan yaradır. Bununla yanaşı, investisiyaların qoyuluşu ilə bağlı müəyyən qeyri-müəyyənliklər də müşahidə olunur.
Qısa müddətdə bu proses investisiya resurslarının və dövlət siyasətlərinin təsiri altında müəyyən çətinliklərlə üzləşə bilər. Lakin ümumilikdə bu, qarşısıalınmaz bir prosesdir və müxtəlif ölkələrin təcrübəsi bunu sübut edir. Xüsusilə Avropa Birliyi bu istiqamətdə ciddi hədəflər müəyyənləşdirib və irəliləyiş əldə edib. Almaniya və Çin son dövrlərdə bu sahədə təşəbbüslərini sürətləndirib, nəticə etibarilə uğurlu dəyişikliklər müşahidə olunur”.
.jpg)
Ekspert əlavə olaraq qeud edib ki, ABŞ administrasiyası da müvafiq konseptual yanaşmalarla çıxış etsə də, hələlik bu sahədə ciddi investisiya çətinlikləri və gecikmələr mövcuddur:
“Bununla belə, prosesin ləngiməsi müəyyən iqtisadi və texnoloji çətinliklərdən qaynaqlansa da, uzunmüddətli dövrdə bu transformasiya qaçılmazdır. Xüsusilə təbii resursların mövcudluğu bu prosesin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır”.
Eltac Zülfüqaroğlu
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










