Dünyada təyyarə ilə sərnişin daşınması artıb

İyul ayında dünya üzrə təyyarə ilə sərnişin daşımaları 2019-cu ilin müvafiq dövrünün dörddə üçü səviyyəsində olub.
Avtosfer.az xəbər verir ki, bu məlumat Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası IATA-nın son statistikasında yer alır. Başqa sözlə, təyyarə ilə sərnişindaşımalar Covid-19 pandemiyasından əvvəlkinin 75%-i həddindədir. Sərnişin sayının artması başlıca olaraq yay turizm mövsümü ilə əlaqədardır. Xırda istisnalar xaricində dünyanın əsas turizm destinasiyaları əcnəbi turistlər üçün açıq olub. Bu da aertoportların tam gücü ilə işləməsini şərtləndirib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının rəhbəri Villi Valşın fikrincə son aylarda aviadaşımalarda ciddi intensivlik müşahidə olunur. Bəzi ölkələr pandemiyadan əvvəlki göstəriciyə yaxınlaşıb.
Hesabat dövründə daxili uçuşlarda artım daha böyük rəqəmlə ifadə edilib. Dünya üzrə daxili reyslər 2019-cu ilin iyulundakı səviyyənin 81%-nə bərabər olub. Bu da ilk növbədə Çində daxili uşuçlara məhdudiyyətlərin ləğv edilməsi ilə bağlıdır.
Təyyarə şirkətləri yaxın perspektivlə bağlı da optimist düşünür. Payız mövsümü yaxınlaşsa da, əksər ölkələr sərt karantin tətbiqini planlaşdırmır. Bu da son nəticədə əhalinin xaricə səfərlərə marağını artır.
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?












