Dünyanın ən böyük kruiz gəmisi ilk səyahətinə çıxıb - FOTO

Dünyanın ən böyük kruiz gəmisi Mayami limanını tərk edərək ilk səyahətinə başlayıb.
Royal Caribbean International tərəfindən dizayn edilən 365 metr uzunluğundakı "Dənizlərin İkonası" Titanikdən 5 dəfə böyükdür.
Sözügedən gəmi üçün çərşənbə axşamı keçirilən mərasimdə məşhur futbolçu Lionel Messi də iştirak edib.
Gəminin operatoru Royal Caribbean-ın verdiyi açıqlamada 365 metr uzunluğu ilə dünyanın ən böyük kruiz gəmisi olan "İcon of the Seas"in sərnişinləri ilə birlikdə Mayami limanından səfərə çıxdığı bildirilib. Açıqlamada bu ilk səfərə böyük tələbatın olduğu, nəhəng kruiz gəmisinin 5 min 600 sərnişin və 2 min 350 gəmi personalı ilə yola çıxdığı bildirilib. Sözügedən gəmi tam gücü ilə 7600 sərnişini qəbul edə bilər.
Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda 900 gündə inşa edilən gəminin uzunluğu Eyfel qülləsinin uzunluğunu üstələyir. 20 mərtəbəli gəmiyə hündürlüyü 17 metr olan şəlalə, biri göl kimi nəzərdə tutulmuş yeddi hovuz, altı su sürüşməsi, buz meydançası, karusel, 40 restoran və bar daxildir. Gəmidə sərnişinləri əyləndirmək üçün 16 nəfərlik orkestrlə yanaşı, müxtəlif musiqi üslublarına malik 50 fərqli musiqiçi və bir çox komediyaçı da gəmi heyətində yer alır.
İki milyard dollara başa gələn “İcon of the Seas” 1912-ci ildə Atlantik Okeanında aysberqlə toqquşaraq batan məşhur “Titanik” gəmisindən beş dəfə böyükdür.
Maye qazla (LNG) işləyən gəmi bir həftəlik Karib dənizi turundan sonra Mayami limanına qayıdacaq.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir

















