Dünyanın ən məşhur muzeylərindən biri fəaliyyətini dayandırdı

Fransanın ən böyük muzeylərindən biri olan Luvr bu gün bomba təhlükəsi xəbərindən sonra ziyarətçilər üçün bağlanıb.
Bu barədə polisdəki mənbədən bildirilib.
Məlumata görə, muzeyə gələnlər təcili təxliyə ediliblər, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.
Muzeyin Mətbuat Xidmətindən bildirilib ki, işin dayandırılması muzeyi və onun ziyarətçilərini təhdid edən təhlükə barədə yazılı xəbərdarlığın alınması ilə əlaqədardır.
“Luvr ölkədəki mövcud vəziyyəti nəzərə alaraq muzeyin binasını boşaltmaq və lazımi yoxlamaların aparılması üçün bütün gün ərzində bağlanmaq qərarına gəlib”, - deyə məlumatda bildirilib.
Hazırda Fransada maksimum terror təhlükəsi səviyyəsi tətbiq edilib. Buna səbəb ölkənin şimalında yerləşən Arras kommunasında məktəb müəlliminin öldürülməsi və İsraildəki böhran fonunda təhlükənin artması olub. Ölkədə tətbiq edilən “Terror aktı təhlükəsi” səviyyəsi hazırkı “Vigipirate” antiterror planında nəzərdə tutulan üç səviyyədən maksimumudur. Tədbir olaraq respublikanın şəhərlərinin küçələrində asayişi qorumaq üçün yeddi min (həmişəkindən iki dəfə çox) hərbçi yerləşdiriləcək.(oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












