Dünyanın ən təhlükəsiz 25 aviaşirkəti açıqlandı

Dünyanın aparıcı hava yollarının təhlükəsizlik meyarları üzrə qiymətləndirilməsi platforması olan “Airline Ratings” 2024-cü il üçün ən təhlükəsiz 25 hava yolları şirkətinin siyahısını açıqlayıb.
Siyahının hazırlanmasında platforma tərəfindən dünya üzrə 385 müxtəlif aviaşirkətin fəaliyyəti nəzərdən keçirilib.
Siyahı son beş ildə baş vermiş qəzalar, son iki ildə baş vermiş ciddi insidentlər, aviasiya sistemini tənzimləyən orqanlar və aparıcı təşkilatlar tərəfindən aparılan yoxlamalar, dövlət tərəfindən aparılan yoxlamalar, şirkətin fəaliyyət göstərdiyi müddət və ekipaj hazırlığını əhatə edən hərtərəfli təhlilə əsaslanaraq tərtib edilib.
Seçimlər zamanı, həmçinin operativ əməliyyatlar və şirkətin istifadəsində “Airbus A350”, “Boeing 787” və “Boeing 777-9” kimi qabaqcıl yeni təyyarələrin olması da mühüm rol oynayıb.
Əldə edilən nəticələr aşağıdakı kimi olub:
1 - Yeni Zelandiya Hava Yolları
2 - “Qantas”
3 - “Virgin Australia”
4 - Etihad Hava Yolları
5 - Qətər Hava Yolları
6 - “Emirates”
7 - “All Nippon Airways”
8 - “Finnair”
9 - “Cathay Pacific Airways”
10 - Alyaska Hava Yolları
11 - SAS
12 - “Korean Air”
13 - Sinqapur Hava Yolları
14 - “EVA Air”
15 - “British Airways”
16 - Türk Hava Yolları
17 - “TAP Air Portugal”
18 - “Lufthansa”/“Swiss Group”
19 - KLM
20 - Yapon Hava Yolları
21 - “Hawaiian Airlines”
22 - Amerika Hava Yolları
23 - “Air France”
24 - “Air Canada Group”
25 - “United Airlines”
oxu.az
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












