Dustaqlara telefon verən “nadzor” cinayət məsuliyyətinə cəlb edilib

Bakı İstintaq Təcridxanasında saxlanılan dustaqlara nəzarət edən Elşad Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun məlumatına görə, E.Məmmədov dustaqlara təcridxanaya telefon keçirməkdə köməklik etməkdə və onların ailə üzvlərindən rüşvət almaqda ittiham edilir.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. İttiham aktında deyilir ki, R.Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadan kənar olaraq cəza çəkən şəxslərə verib.
O, qulluq mənafeyindən sui-istifadə edərək dustaqlara müxtəlif markalı mobil telefonlar və mobil operatorlardan birinə aid nömrə verib. Təcridxanada axtarışlar aparılana qədər orada saxlanılan şəxslər bu mobil telefon və nömrələrdən istifadə edib.
İttihamda qeyd edilir ki, E. Məmmədov xidmətlərinin qarşılığında dustaqların yaxınlarından rüşvət alıb. Onun şəxsi bank kartına müxtəlif zamanlarda ümumilikdə 416 manat rüşvət qismində pul göndərilib.
Qeyd edilən əməllərə görə, E. Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi - Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddələri üzrə ittiham elan edilib.
Məmmədov ittihama münasibətdə özünü qismən təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. O, rüşvət alması ilə bağlı ittihamı qəbul etməyib: “Mənim kartıma atılan pullar özümündür, heç kim rüşvət verməyib. Təcridxanada cəza çəkən şəxslərə siqaret, yağ və başqa lazımı şeyləri alıb verirdim. Yaxınları da aldığım şeylərin pulunu kartıma göndərirdilər”.
Proses fevralın 12-i davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən E.Məmmədov həbsdə deyil. Onun haqda istintaq dövrü müddətində alternativ qətimkan tədbiri seçilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












