DYP-dən xəbərdarlıq : Dəniz kənarında istirahət edənlərin nəzərinə

Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik.
Bu barədə Avtosfer.az açıqlamasında Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslərin yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:
“Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik”.
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var











