Ehtiyatda olan şəxslərində hərbi forma geyinməsi təklif olunur

"Ehtiyatda olan şəxslərin hansı günlərdə hərbi geyim daşıya biləcəkləri göstərilib. Bu günlər arasında Müstəqillik Gününü görmədim"
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Erkin Qədirli deyib.
"Hesab edirəm ki, həmin günlər sırasına Müstəqillik Günü də əlavə olunmalıdır", - deyə deputat qeyd edib.
Parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov bildirib ki, digər günlərdə hərbi geyim forması daşımaq hüququ vermək olardı.
"Burada məhdud sayda bayramlarda, hərbçilərin iştirak etdiyi günlərdə yalnız hərbi formaları daşıması daha məqsədəmüvafiq hesab olunub".
Qeyd edək ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












