Ekvador Türkiyədən 20 zirehli maşın alıb

Ekvador silahlı qüvvələri Türkiyədən 20 ədəd "Otokar" markalı "Cobra II" taktik təkərli zirehli maşın alıb.
Avtosfer.az-ın məlumatına görə, Ekvador terror, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkar qruplarla mübarizə aparmaq üçün Türkiyədən xüsusi olaraq "Cobra II" alıb.
“Terrorizm, narkotik ticarəti və mütəşəkkil cinayətkar qruplara, təhdidlərə qarşı əməliyyat imkanlarını artıracaq yeni materialların tədarükü çərçivəsində Türkiyədən 20 taktiki maşın gətirilib”, - deyə Ekvador silahlı qüvvələrindən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, Türkiyənin 400 ədəddən çox istifadə etdiyi "Cobra II"dən Ekvador da daxil olmaqla, cəmi 6 ölkə istifadə edir.
İstifadəçilər arasında Azərbaycan, Türkiyə, Tunis, Qana, Banqladeş, Birləşmiş Millətlər və bu gündən etibarən Ekvador var.
"Cobra II" müttəfiq ölkələrin və Türkiyə silahlı qüvvələrinin gələcəyə hesablanmış tələblərinə uyğun olaraq hazırlanmış üstün texniki və taktiki xüsusiyyətlərə malik modul platformadır.
Üstün hərəkət qabiliyyəti ilə yanaşı, "Cobra II" artan ballistik və minadan qorunma, böyük daxili həcm və yüksək daşıma qabiliyyəti təklif edir. Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində "Cobra II" sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla, bir çox missiyada iştirak edə bilər.
Trend
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










