Əlahiddə Ümumqoşun Orduya yeni xidməti avtomobillər təqdim edilib - FOTO

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirləri sırasında xidməti avtomobillərə olan tələbatın ödənilməsi mühüm yer tutur.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 25-də Əlahiddə Ümumqoşun Orduya 22 "Mitsubishi L200" markalı xidməti avtomobil təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobillərə baxıb, təyinata uyğun istifadə olunması barədə tapşırıq verib.
Sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Texnika parkına, silah və optik cihazlar anbarına baxıb. Baxış zamanı bildirilib ki, parkın dam örtüyü yenilənib, fasad hissəsi üzlənib, beton örtüyü verilib. Silah və sursatların saxlanılması üçün lazımi şərait yaradılıb.
Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu işlərinin kompleks şəkildə aparıldığını və əhalinin təhlükəsizliyinin təmin olunduğunu bildirib, “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”, müdrik fikri xatırladaraq bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb, Türkiyə Silahlı Qüvvələrinin ordu quruculuğu tədbirlərindəki fəaliyyətindən bəhs edib. Güclü dövlətimizin güclü lideri və ordusu sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirən Ali Məclisin Sədri Silahlı Qüvvələr Gününün böyük Qələbə ilə qeyd olunduğunu diqqətə çatdırıb.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX













