Elarizin qızı ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı yerdən davam edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Nizami Alışanın həyat yoldaşı, Amerikada yaşayan müğənni Elarizin qızı olan Günel Alışan əlavə şahid kimi ifadə verib.
O, yoldaşının saxlanıldığı günü və bu barədə digər məsələləri dəqiqləşdirmək üçün tərəflərin suallarını cavablandırıb.
Xanım şahid deyib ki, həyat yoldaşı ilə saxlanıldığını bildiyi tarixdən 8 gün əvvəl əlaqəsi kəsilib: “Aprelin 9-u axşamçağı zəng etdim, telefonuna zəng çatmadı. Bundan sonrakı günlərdə də heç bir xəbər ala bilmədim. 24 saat sonra polisə müraciət etdim. Araşdırma başlanandan bir gün sonra-aprelin 11-i Nizami zəng elədi. Dedi ki, Kibercinayətkarlıqla Mübarizə İdarəsindədir. Beş gün sonra yenidən mənə zəng etdi, saxlanıldığı idarəyə gəlməyimi istədi. Mən gedəndən sonra vəkilindən imtina etmək istədiyini dedi. Amma imtina ərizəsi yazana kimi, Nizamini Kürdəxanıya göndərdilər”.
Şahid yalnız ərinin saxlanılması anı ilə bağlı danışıb, digər sualları cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Nizami Alışan eyni zamanda AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












