Əlbəyaxa döyüşdə onlarla düşmən hərbçisini məhv edən Şəhidimiz - VİDEO

Orduya gedəndə "Qarabağı azad edəcəyik" demişdi, 20 gün gecə-gündüz mənfur düşmənə qarşı igidliklə döyüşdü və Qarabağ azad oldu.
Söhbət cəlilabadlı igid kəşfiyyatçı, xüsusi təyinatlıların giziri Mədət Xankişiyevdən gedir.
Orta məktəbi bitirdikdən sonra Mədət ordu sıralarına yollanıb. Cəsarəti və cüssəli duruşu ilə ilk baxışdan diqqəti çəkən Mədət kəşfiyyat taboruna cəlb edilib.
Hərbi xidmətini başa vuran Mədət Xankişiyev Vətənə xidmətini orduda qalaraq kəşfiyyatçı kimi davam etdirib. Sonra daha peşəkar hərbçi olmaq üçün kəşfiyyat kurslarına qatılıb. Vətən müharibəsində Xüsusi Təynatlı Qüvvələrin kəşfiyyat taborunda gizir kimi iştirak edib.
Mədət Xankişiyev Vətən müharibəsinə 27 sentyabrda Kəlbəcər istiqamətindən başlayıb. Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə şücaətlə döyüşüb. Düşmənin bir neçə canlı qüvvəsini məhv edən qəhrəman gizir oktyabrın 15-də Xocavəndin Tuğ kəndi istiqamətində yerləşən yüksəklik uğrunda gedən əlbəyaxa döyüşdə bir düşmən zabitini və onlarla əsgərini məhv edib. Özü isə başından aldığı güllə yarasından şəhid olub.
Mədət Xankişiyev ölümündən sonra "Azərbaycan bayrağı" və "Rəşadət" ordenləri, həmçinin "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












