Ələt-Astara-İran yolunun bir hissəsində yenidənqurma işləri aparılır

M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması aparılır.
Avtosfer.az xəbər verir ki, 2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir.
Avtomobil yolu 2 hərəkət zolaqlıdır, torpaq yatağının eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və 7 avtomobil körpüsü yenidən inşa olunur.
Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının inşasına start verilib.
Bununla yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik suötürücü dairəvi və düzbucaqlı borular inşa edilir. Artıq 37 suötürücü borunun tikintisi yerinə yetirilib. Layihə üzrə 6 körpünün inşası isə davam edir.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











