Ələtdə yeni terminalın tikintisinə başlanılır

Ələtdə yeni strateji gübrə terminalının tikintisinə başlanılır.
Məlumata görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Britaniya mətbuatına müsahibə verib.
Ələtdəki yeni strateji terminal Azərbaycan hökuməti və Bakı Limanı tərəfindən birgə maliyyələşdirilir. Terminalın 2022-ci ilin sonunda istismara verilməsi gözlənilir.
Belə ki, terminal Orta Asiya ölkələrindən Azərbaycan üzərindən qərb bazarlarına müvafiq məhsulların daşınması üçün əhəmiyyətli potensiala malik olacaq. Orta Asiyanın üç zəngin dövləti - Türkmənistan, Özbəkistan və Qazaxıstan karbamid, kükürd və kalium karbonat da daxil olmaqla illik 6,6 milyon tonu aşan müxtəlif gübrələrin istehsalını həyata keçirir.
Yeni terminal Orta Asiyanın gübrə tədarük zəncirində etibarlılığını təmin edəcək və Azərbaycana Türkmənistan, Qazaxıstan və Özbəkistandan daxil olan məhsul həcmlərini artırmağa imkan verəcək.
Bakı Limanının yeni gübrə terminalı ildə 2,5 milyon ton məhsul qəbul etmə gücünə sahib olacaq. Müəssisədə ümumi tutumu 60 min ton olan iki anbar və yeni dizayn edilmiş vaqon yükləmə stansiyasında müxtəlif növ gübrələri birbaşa anbarlara və ya vaqonlara boşaltmaq üçün ən müasir daşıyıcı sistemləri olacaq.
Qeyd edilib ki, Bakı Limanının yeni terminalı Azərbaycanın Orta Asiya dövlətləri üçün strateji tranzit ölkəsi rolunu artıracaq.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












