Əlil uşağı dəcəllik etdiyi bəhanəsiylə itlərin qabağına atdı - VİDEO

Əlil uşağın dəcəllik etməsi bəhanəsi ilə itlərin qabağına atılması ilə bağlı görüntü sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Kastamonu şəhərində qeydə alınıb.
Məlumata görə, anası Nazlı Gedik qonşuları ilə söhbət etdiyi zaman başqa bir qonşu, uşağı dəcəllik etdiyi bəhanəsi ilə it damına atıb. Burada uşaq itlərin hücumuna məruz qalıb və yaralanıb.
Hadisədən xəbər tutan ana dərhal uşağı xəstəxanaya aparıb, sonra isə baş verənlərlə əlaqədar polisə müraciət edib.
Qadının sözlərinə görə, oğlu Ərəfat 90 faiz əlildir.
“O, uşağımı “məni narahat edirsən, gözümün qabağından çəkil”, - deyərək sürüyüb it damına atdı. Uşaq ordan çıxmaq istəyəndə isə qoymayıb. Sonra oğlumu orada atıb gedib. Ərəfat özbaşına oradan çıxmaq istəyəndə isə itlərin hücumuna məruz qalıb. Şikayətçiyəm. Ədalətə inanıram”, - deyə qadın olanlar barədə danışıb.
Baş verənlərdən sonra məhlə sakinləri uşağı it damına atan şəxsin evinə hücum çəkiblər. Hüquq mühafizəçiləri onları zorla sakitləşdirə bilib.
Hadisə ilə əlaqədar yoxlamalara başlanılıb.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












