“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi

Binəqədi rayonunda arvadını qətlə yetirən Rəşad Quliyev 1 il azadlıqdan məhrum edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert rəyləri ilə Rəşadın cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib.
Təqsirləndirilən şəxsin anket məlumatlarından görünür ki, o, tam ali təhsillidir. Bu hadisəyə kimi “Embawood” şirkətində planlaşdırma şöbəsinin rəisi işləyib. Rəşad 12 il əvvəl Aygül Quliyeva ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı var. Ailənin maddi vəziyyəti yaxşı olub.
Ər-arvad arasındakı mübahisəyə səbəb isə qısqanclıq və bəzi xoşagəlməz hərəkətlər olub. Rəşad ifadəsində deyib ki, Aygül tez-tez onu təhqir edib, sonuncu dəfə hətta onunla yaşamaqdan iyrəndiyini deyib.
Bu narazılıqlarla bağlı sonuncu mübahisədə Rəşad yüksək hiss-həyəcən, stress vəziyyətində arvadını bıçaqla qətlə yetirib.
Təqsirləndirilən şəxsə əvvəl 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sonradan 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
İşi Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayev araşdırıb. Hakim yekun iclasda təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini bəyan edib.
Hökmə əsasən, Rəşada 1 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının əvvəli bu ilin aprelindən hesablandığı üçün 5 ay sonra azadlığa buraxılmalıdır.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










