Banner

Ermənilər uzanan yardım əlini belə kəsirlər – TARİX VƏ BU GÜN - FOTO

Xəbərlər 30 Avqust 2023 11:18 Oxunub 2468
Ermənilər uzanan yardım əlini belə kəsirlər – TARİX VƏ BU GÜN   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

7 dekabr 1988-ci ildə Ermənistanın şimalında  baş verən 7 ballıq zəlzələni Azərbaycanda yaşlı nəsil yəqin ki xatırlayır. Episentri Spitak şəhəri (əsl adı Hamamlı) olan fəlakət zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən zərər çəkənlərə yardım əlini ilk uzadan Azərbaycan oldu. Lakin bu əl sıxılmadı.

Avtosfer.az xəbər verir ki, dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığılıb.  Amma təyyarə mənzilə çatmayıb, Gümrü hava limanına 15 kilometr qalmış “qəzaya uğrayıb”.

Ortaya çıxan ən maraqlı sual təyyarənin hansı səbəbdən qəzaya uğramasıdır. Həmin gün hava şəraiti uçuş üçün tam məqbul sayılıb. İkincisi, təyyarə uçuşdan əvvəl texniki baxışdan keçib, heç bir texniki problemin olmaması haqqında sənədlər də tərtib edilib.

Rəsmi məlumatlarda təyyarənin dağlara çırpılaraq qəzaya uğraması göstərilib. Bu rəy heç bir ekspertiza və araşdırma olmadan yazılıb. Hətta təyyarənin “qara qutu”su da müəmmalı şəkildə məhv edilib. Sonralar ermənilər Azərbaycandan gələn təyyarəyə qarşı terroru etiraf ediblər. Təyyarənin ermənilər tərəfindən “Stingеr” rаkеti ilə vurulması barədə də məlumatları heç kim təkzib etməyib.

Qəza zamanı təyyarədə olan 68 xilasedicidən və 9 heyət üzvündən cəmi bir nəfər, Fəxrəddin Balayev sağ qalıb. Qəzadan sonra hadisə yerinə toplaşan ermənilər sağ qalan azərbaycanlıya kömək etməyiblər. 

Spitak zəlzələsi zamanı ikinci bir yardım təyyarəsi də terrora məruz qalıb. Ertəsi gün içərisində 7 nəfər təyyarənin heyət üzvü olan, Yuqoslaviyadan Ermənistana humanitar yardım daşıyan “AN-12” təyyarəsi ermənilərin hədəfinə tuş gəlib. Terror aktlarının həyata keçirilməsində böyük peşəkarlığa malik olsalar da, ermənilər bu dəfə yanlışlığa yol veriblər. Yuqoslaviyanın humanitar yardım daşıyan təyyarəsi Ermənistana uçuşu Ankara-İrəvan marşrutu ilə həyata keçirib. Bu dəfə də mətbuat məlumat verdi ki, “AN-12” aeroport yaxınlığında “qəza”ya uğrayıb, yuqoslaviyalı təyyarə heyətinin 7 üzvü də həlak olub. Qəzanın rəsmi səbəbi kimi pilotun “naşı”lığı göstərilib. Halbuki uçuş heyəti çoxillik təcrübəyə malik şəxslər idi. 

Bu 2 hadisə göstərir ki, ölkənin başı xilasetmə işlərinə qarışmalı olduğu halda, ermənilər yenə də kin-küdurəti unutmayıblar. Bəs bu il nə dəyişib?

Fevralda Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı bütün ölkələr yardım kampaniyasına qoşuldu. Hətta Ankara ilə ciddi problemləri olan Yunanıstanın xarici işlər naziri də bütün narazılıqları bir kənara qoyaraq fəlakət zonasına gəldi, burada türk rəsmiləri ilə görüşdü. Təbii ki, bu fəlakətdə ən böyük yardım Azərbaycandan gəldi. 

Lakin Ermənistan hökuməti də, xala xətrin qalmasın kiçik bir yardım karvanı yolladı. Məhz bu yardım da ermənilərin iş üzünü aşkara çıxardı. Sosial şəbəkədə çoxları yardıma zəhər qatıb türkləri qırmağı təklif etdi. 

Təbii ki, çoxəsrlik tarixə malik Türkiyə dövlətinin belə kiçik yardıma ehtiyacı yox idi. Həm də türk xüsusi xidmət orqanları da yatmayıb. Lakin kiçik bir hərəkət, bir toplumun rəyini ortaya qoydu. 

Bu gün də ermənilərin onsuz da açıq olan Laçın sərhəd-keçid məntəqəsini bir daha açmaqla bağlı çağırış etməsi, qondarma Artsaxda aclıqdan hər gün insanların ölməsi barədə xəbərlər tirajlaması bir daha göstərir ki, xislət dəyişməyib. Məqsəd hay-küy yaratmaq və gərginliyi artırmaqdır. Lakin nə qədər?

O ki qaldı, Xankəndi-Ağdam yoluna düzülən beton lövhənin götürülməsinə, ya da etirazçıları dağıtmağa, bunu etmək üçün Azərbaycan əsgərinə cəmi 10 dəqiqə kifayətdir. Lakin dövlətin səbrli davranışı bir daha göstərir ki, Azərbaycan Respublikası erməni əsilli vətəndaşlarını erməni separatizmindən, miatsum və digər xəstə ideyaların girdabından qurtarmaq üçün çalışır. Qədim dövlətçilik ənənələrinə xas olaraq bu məsələdə səbr nümayiş etdirilməsi isə heç bir halda gücsüzlük və qorxaqlıq kimi başa düşülməməlidir. Səbrli davranış müdriklərə xasdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh