"Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir" - XİN

Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
O bildirib ki, əsirlik, köçürülmələr və ölüm halları ilə bağlı qeydlər, şahid ifadələri, ayrı-ayrı və ya kütləvi dəfn yerləri barədə məlumatlar itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət daşıyır.
“Hətta natamam məlumatlar belə digər sübutlarla birlikdə araşdırıldıqda əhəmiyyətli ola bilər”, – deyə Fariz Rzayev qeyd edib.
Nazir müavini Ermənistanı itkin azərbaycanlıların taleyinə və harada olmasına aydınlıq gətirə biləcək bütün məlumatları, o cümlədən dəfn yerləri barədə məlumatları təqdim etməyə çağırıb.
O bildirib ki, İtkin Şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Dövlət Komissiyası İnteqrasiya edilmiş Məlumatların İdarəolunması Sisteminin və onun tamamlayıcı Onlayn Müraciət Mərkəzinin ilkin tətbiqi üzərində işləyir.
Fariz Rzayevin sözlərinə görə, sistem mövcud məlumatların vahid bazada birləşdirilməsinə, səlahiyyətli qurumların məlumatları idarə etməsinə və müqayisə etməsinə, həmçinin itkin şəxslər və dəfn yerləri barədə məlumatların məxfi şəkildə təqdim olunmasına imkan verəcək.
O qeyd edib ki, sistemin səmərəliliyi ona daxil edilən məlumatların keyfiyyətindən və bütün aidiyyəti tərəflərin bildikləri məlumatları paylaşmağa hazır olmasından asılı olacaq.
Nazir müavini Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin 9-cu maddəsinin münaqişə zamanı itkin düşmüş və ya zorla yoxa çıxmış şəxslərin məsələsinə həsr olunduğunu bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda paraflanan sənəddə bu məsələlərin bütün mövcud məlumatların birbaşa və ya zərurət yarandıqda müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində mübadiləsi yolu ilə həll edilməsi nəzərdə tutulur.
“Bu müddəa humanitar əməkdaşlıq üçün konkret əsas yaradır. Müvafiq dövlət qurumları ilə onların erməni həmkarları arasında müntəzəm əlaqələr məlumatların axtarışlara, şəxsiyyətlərin müəyyənləşdirilməsinə və ailələr üçün cavabların əldə edilməsinə çevrilməsinə kömək etməlidir”, – deyə Fariz Rzayev vurğulayıb.
O əlavə edib ki, itkin şəxslərlə bağlı məsələlər üzrə irəliləyiş daha geniş normallaşma prosesinə də inamı gücləndirə bilər.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












