Ermənistana çoxsayda azərbaycanlılar səfər edir - Paşinyan

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə regional yolların və kommunikasiyaların açılmasından qorxmamağa çağırıb.
O, bildirib ki, bu yollar Ermənistan iqtisadiyyatı üçün Gürcüstan və İranla olan magistrallar qədər önəmlidir.
“Bu yollarla əcnəbilərin, məsələn azərbaycanlıların hərəkət etməsi problemdirmi? Siz bilirsiniz, İranın şimalında və Gürcüstanla sərhəddə azərbaycanlılar yaşayır. Ermənistana çoxsayda azərbaycanlılar səfər edir. Bu gün də vəziyyət belədir, hərçənd bu barədə açıq şəkildə danışılmır. Ötən 30 ildə də və elə həmişə də belə olub”, -deyə Paşinyan Ararat vilayətinin Aparan şəhərində sakinlərlə görüş zamanı qeyd edib.
Onun sözlərinə görə, Moskvada imzalanmış 9 yanvar 2021-ci il tarixli uçtərəfli razılaşmaya əsasən, ilk növbədə SSRİ dövründə mövcud olan dəmiryolları şəbəkəsi bərpa olunacaq. Avtomobil yollarının açılması məsələsi isə sonradan həll ediləcək.///oxu.az
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












