Ermənistanın dağ-mədən sənayesində çalışan şirkətləri ilə bağlı BƏYANAT

Cənubi Qafqazda ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistanın dağ-mədən sənayesində çalışan yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini, yaxud qiymətləndirmənin nəticələrini ictimaiyyətə açıqlamağa çağırıb.
Koalisiyanın bununla bağlı bəyanatını təqdim edirik:
“Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən “Environmental Protection First” (EPF) Koalisiyası bir müddət əvvəl Ermənistanın dağ-mədən sənayesində çalışan yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini tez bir zamanda öz rəsmi internet saytlarında yerləşdirməyə, yaxud qiymətləndirmənin nəticələrini ictimaiyyətə açıqlamağa çağırıb. Təəssüf ki, bu sənədlər hələ də ictimaiyyətə təqdim olunmayıb. Bu, Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətinin şəffaflığı ilə bağlı suallar doğurur.
Biz Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətləri koalisiyamızla əlaqə qurmaqda açıq olmağa çağırırıq. EPF Koalisiyası regionumuzda daha geniş ekoloji çirklənmə ilə bağlı rəhbərliklə görüş istəmək üçün həmin şirkətlərin korporativ qərargahlarına müraciət etməyi planlaşdırır. “Environmental Protection First” (EPF) hesabatlılığın təmin edilməsinin zəruriliyini vurğulayır.
Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutaraq, bir neçə ay əvvəl Ermənistanın baş nazirinə müraciətimizdə bu ölkənin dağ-mədən sənayesinin yaratdığı ciddi ekoloji vəziyyətlə bağlı dərin narahatlığımızı bildirmiş, hasilatın dərhal dayandırılmasını tələb etmişik.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının - COP29-un Cənubi Qafqazda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan ətraf mühitin mühafizəsi məsələsində daha diqqətli olmalıdır.
Biz Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarını və ətraf mühit üzrə fəallarını Cənubi Qafqazda təmiz ətraf mühitin təmin olunması naminə səylərimizi birləşdirməyə çağırırıq. Axı bu ekoloji fəlakətdən, ilk növbədə, Ermənistan əhalisi zərər görür. Gəlin unutmayaq ki, təbiət heç bir sərhəd tanımır və hamımız bir regionda yaşayırıq.
Ermənistan dağ-mədən sənayesində fəaliyyət göstərən həm yerli, həm də xarici şirkətlərin ƏMTQ sənədlərinin tam məzmununu ictimaiyyətə açıqlamalarını və ekoloji ədalət naminə məsuliyyətlə davranmalarını təmin etməlidir”.
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO










