"Əsgərlikdə olmayıb, 14 ildir icra başçısıdır" - Ekspert

“Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir”.
Avtosfer.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb.
O bildirib ki, sözügedən icra başçısı əsgərlikdə də olmayıb:
“Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ müharibəsində demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.
Nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, problemlər də bitməyəcək.
Tək bir nümunə gətirim. Müharibə iştirakçısı general-polkovnik Əli Nağıyevin DTX-yə rəis təyin edilməsinə bu ölkədə kimsə etiraz etdimi? Xeyr. Nəticəsi də göz qabağındadır”.
Xatırladaq ki, Vətən müharibəsi qazisi Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl yaydığı videoda icra başçından şikayətlənmiş, onu qəbul etmədiyini bildirmişdi. Elvinin yas mərasiminə qatılan başçı isə bütün iddiaların yalan olduğunu demişdi.
"Unikal"
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO












