Əsrin tapıntısı - Norveçli kişi qızıl xəzinəsi aşkarladı

Norveçli Erlend Borenin həkiminin daha çox hərəkət etmək məsləhətinə qulaq asması ona sağlamlığı ilə yanaşı cekpot qazandırıb. Belə ki, səfərlərini daha maraqlı etmək üçün metal detektoru alan 51 yaşlı kişi 6-cı əsrə aid qızıl xəzinəsi aşkarlayıb.
Arxeoloqlar hesab edirlər ki, bu artefakt ölkədə əsrin tapıntısıdır.
Bildirilir ki, arxeoloji gəzintilərin birində Rennesoy adasında bir qaya norveçlinin diqqətini cəlb edib.
“Fikirləşdim ki, dənizdən Rennesoy səhrasına getsəm, dırmaşacağım qaya bu olardı”, - deyə o, ilk təəssüratını bölüşüb.
Elə həmin yerdə axtarış aparmağa başlayıb və gözləmədiyi halda metal detektoru güclü siqnal verib.
Qazıntı zamanı əlinə keçən bükülüdə qızıl muncuqlar tapıb. Bundan sonra o, arxeoloqlara xəzinə barədə məlumat verir.
Ümumilikdə doqquz sırğa, üç üzük və on qızıl klon aşkar edilib. Zərgərlik məmulatlarının ümumi çəkisi 100 qramdan çoxdur. Xəzinənin eramızdan əvvəl 500-cü illərə - Norveç Miqrasiya Dövrünə aid olduğu müəyyən edilib.
Xəzinənin yaxşı qorunduğu vurğulanıb.
Norveç qanunlarına görə, həm Erlend Bore, həm də torpaq sahibi təzminat alacaqlar, mükafatın dəqiq məbləği hələ müəyyən edilməyib. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












