Fazil Qasımovun 10 il həbsi tələb edildi

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə istintaqı tamamlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror bəyan edib ki, müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə də təsdiqini tapıb.
Prokuror bu əsasla Fazil Qasımovun 10 il, Anar Əliyevin 6 il azadlıqdan məhrum edilməli olduğunu bildirib. İttihamçı A.Əliyevə yüngül cəza istəməsinin səbəbini onun istintaqa kömək etməsi ilə əlaqələndirib.
Məhkəmə müdafiə çıxışlarına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Qeyd edək ki, Fazil Qasımov və Anar Məmmədli Daxili İşlər Nazirliyi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












