Fərid Osmanov: "İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir"

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində davamlı tədbirlər həyata keçirir.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, innovasiya ekosisteminin inkişafında əsas elementlərdən biri məhz startapların maliyyə resurslarına əlçatanlığının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ düşüncənin formalaşdırılması və insan kapitalının inkişafı ilə yanaşı, innovasiya infrastrukturunun qurulmasıdır:
"Agentlik olaraq ölkəmizdə innovasiya infrastrukturunun yaradılması bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu çərçivədə "Azərbaycan İnnovasiya Mərkəzi" konsepsiyası hazırlanıb. Hazırda Bakıda və Sumqayıtda innovasiya mərkəzləri fəaliyyət göstərir. Fəaliyyətin davamı olaraq Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan İnnovasiya Mərkəzinin də açılışı reallaşdırılıb.
Bizim üçün xüsusilə vacib məqam ondan ibarətdir ki, bu cür mərkəzlər universitet və elmi institutların tərkibində yaradılır. Çünki dövlət, universitet və biznes əməkdaşlığı üzərində qurulan belə təşəbbüslər dayanıqlı inkişafı təmin edir. Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəzdə informasiya texnologiyaları üzrə mütəxəssislərin fəaliyyəti üçün iş otaqları ayrılıb, həmçinin startap ideyalarının reallaşdırılması üçün texnoloji laboratoriyalar qurulub. Agentlik bu laboratoriyaları lazımi avadanlıqlarla təmin edib. Bundan başqa, Naxçıvan Dövlət Universiteti ilə birgə innovasiya proqramları da hazırlanıb".
İRİA sədri əlavə edib ki, bu fəaliyyətdə əsas məqsəd ölkənin bütün regionlarında innovasiya ekosisteminin əlçatanlığını təmin etməkdir:
"Biz inanırıq ki, Naxçıvan Dövlət Universitetinin tərkibində yaradılan bu mərkəz yalnız Naxçıvan üçün deyil, bütövlükdə ölkənin bütün universitetləri və biznes icmaları üçün yeni imkanlar açacaq. Startap mühitinin formalaşdırılması istiqamətində birgə tədbirlər gələcəkdə də davam etdiriləcək".(oxu.az)
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM










