FHN “AZAL”la birgə təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Beynəlxalq Aeroportunda birgə xüsusi təlim keçirib.
Avtosfer.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.
Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimdə FHN-in yerli qurumlarının qüvvə və vasitələri, eyni zamanda “AZAL”ın müvafiq struktur bölmələri cəlb olunub.
Təlim zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimə ümumilikdə 58 nəfərdən ibarət şəxsi heyət, 10 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












