FHN gəmi istifadəçilərini təhlükəsiz istismar qaydalarına ciddi riayət etməyə çağırıb

Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.
Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, kiçikhəcmli gəmi istifadəçiləri, o cümlədən balıq ovu ilə məşğul olan şəxslər tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində arzuolunmaz və bəzən acı hallar yaşanır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır:
"Belə ki, kiçikhəcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdır. Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır.
Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər. Kiçikhəcmli avarlı qayıqların isə küləyin sürəti 7 m/san-dən artıq olduqda dənizə çıxması qadağandır. Eləcə də dumanda və görmə məsafəsini məhdudlaşdıran və səmtləri müəyyənləşdirməyin mümkün olmadığı digər əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkəti qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir".
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO










