FHN-in "kapitan Əliyev"i həbs edildi

Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, təqsirləndirilən Rəşad adlı şəxs əvvəllər FHN-də çalışıb. O, nazirliyin Dövlət Suvarma və Xilasetmə Xidmətinin təsərrüfat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyib.
Şəki Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə mühakimə olunan təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Rəşadın sözlərindən belə anlaşılır ki, onun dələduzluq əməliyyatında rolu yalnız aldadılmış vətəndaşlara zəng vuraraq vaxt qazanmaq olub. O özünü zərərçəkmişlərə "kapitan Əliyev" kimi təqdim edib.
Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Rəşad məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












