FHN: Ötən sutka 1 nəfər xilas edilib, 21 nəfər təxliyə olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az Nazirliyə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, 21 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bundan başqa, Nizami rayonunda mənzildə bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti və Samux rayonunda avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?












