"Formula 1"ə görə bu yollar bağlanacaq - SİYAHI

15 sentyabr tarixindən etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Avtosfer.az xəbər verir ki, 19–21 sentyabr tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə 12 sentyabr gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə 15 sentyabr gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.
Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.
Belə ki, 15-16-17 sentyabr tarixlərində yarış zolağının aşağıda sadalanan giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.
18 sentyabr tarixində isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
● M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
● S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
● Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
● Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.
Çıxış nöqtələri:
● Neftçilər prospektindən Bakı Dəniz Limanı və Crescent Mall istiqamətində.
● İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
● Neftçilər prospektindən Azneft dairəsi və Dəniz Mall istiqamətində.
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Nəqliyyatın hərəkəti ilə bağlı daha ətraflı məlumat BŞH-nin rəsmi veb səhifəsində yerləşdirilib.
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










