Fransa təyyarəsi sərnişinin davranışları səbəbindən məcburi eniş edib

Parisdən Yeni Dehliyə gedən “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bolqarıstanın Sofiya hava limanına təcili eniş edib.
Avtosfer.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin aqressiv davranışları olub.
“Hindistan vətəndaşı olan sərnişin təyyarə havaya qalxdıqdan dərhal sonra xoşagəlməz rəftar nümayiş etdirib, digər sərnişinlərlə mübahisə edib, stüardessaya hücum edib və pilot kabinəsinin qapısını döyüb”, - deyə Bolqarıstanın Milli İstintaq Agentliyinin rəsmisi İvailo Angelov bildirib.
Sərnişinin bu cür davranışı təyyarə kapitanını Sofiyada təcili eniş etmək məcburiyyətində qoyub. Adı açıqlanmayan sərnişin təyyarədən çıxarılıb. O, uçuş təhlükəsizliyini riskə atmaqda günahlandırılır. Onu 10 il həbs cəzası gözləyə bilər.
Bundan sonra təyyarə Yeni Delhiyə uçuşunu davam etdirib.
“Onun həm hərəkətlərini, həm də motivlərini araşdırırıq. Bu cür davranışına hələlik tutarlı izahat gətirmək mümkün deyil”, - Angelov belə deyib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












