“Bakı Metropoliteni” yeni qatarlarının sayını 19-a çatdıracaq

Hazırda "Bakı Metropoliteni" QSC-nin bu il ölkəyə gətirməyi planlaşdırdığı 4 yeni qatar və yaxud 20 yeni vaqon Rusiyada istehsal olunmaqdadır.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə göeə, həmin qatarlar Azərbaycana gətirildikdən sonra metronun balansında olan yeni qatarların sayı 19-a çatacaq.
“Bu qatarlar planlaşdırıldığı kimi, ilin II yarısında Bakıya gətiriləcək, tənzimləmə-sazlama və sınaq işlərindən sonra xəttə buraxılacaq. Hazırda 15 yeni qatar və yaxud 75 yeni vaqonumuz var. Onlardan 3-ü “İçəri Şəhər” – “Həzi Aslanov”, 12-si isə “Dərnəgül” - Həzi Aslanov istiqamətində işləyir. Bütün qatarlar saz vəziyyətdədir. Bildiyiniz kimi bu il yerli şəraitdə belə qatarlardan birində əsaslı təmir həyata keçirmişik. Həmin işlər martda başa çatdırılıb. Yalnız müvafiq təlimata uyğun olaraq texniki baxış, qulluq və xidmət üçün qatarlar depoya göndərilir”, - deyə o, qeyd edib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












