Fuad Əsgərov da kriptovalyuta qurbanı oldu

Bakıda kişi keçmiş arvadını və tanışlarını kriptovalyuta vədi ilə aldadaraq 100 min manat ələ keçirməkdə ittiham olunur.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ittihama əsasən, 43 yaşlı Kənan Balasənli onları asan yolla artıq pul qazanacaqlarını deməklə şirnikləndirib.
Təqsirləndirilən şəxs bu adla arvadından 93 min 500 manat alıb. Amma “kriptovalyutaçı” bu pulu ələ keçirib. Sözügedən hadisədən sonra cütlük ayrılıb.
Balasənlinin toruna düşənlərdən biri də Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərovdur. O, 17 il yataq xəstəsi olub, möcüzə nəticəsində ayağa qalxıb.
Fotoda: Fuad Əsgərov
.jpg)
Fuad Əsgərov məhkəmədə deyib ki, Kənan onun son dərəcə ağır xəstəlikdən əziyyət çəkən bacısı üçün topladığı 300 dolları ələ keçirib. Təqsirləndirləndirilən şəxs həbsindən 1 gün əvvəl 300 dolları qaytarıb. Zərərçəkmiş maddi tələb irəli sürməsə də, mənəvi ziyanı bağışlamır: “Bu adam mənim ağır xəstə bacım üçün topladığım pulu mənimsədi. Dedi ki, 300 dolları bir həftəyə 700 dollara çatdıracaq. O vaxt pula çox ehtiyacım var idi, yoxsa belə təklifə razı olmazdım. Mənim çarəsizliyimdən və etibarımdan sui-istifadə etdi”.
İstintaq materiallarında yazılıb ki, Kənan Balasənli digər zərərçəkmişləri də eyni vədlə aldadıb.
Məhkəmə istintaqının sonunda müttəhimin keçmiş arvadı 93 min 500 manatlıq mülki iddia qaldırıb. Pulunu qaytarmayacağı halda şikayətçi qalacağını deyib.
Növbəti həftə prokuror ittiham nitqi ilə çıxış edəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












