“Gecədən səhərə kimi otururuq ki, traktor gələcək...” - VİDEO

“Ömürlük birinci qrup əlil olan “sudurğa”lı uşağım var. Gecə mənə həkim lazım olur, təcili yardım bura necə gəlsin? Gecə saat 3-də evimi titrədirlər. Belə şey olmaz ki...”
Avtosfer.az xəbər verir ki, bu sözləri Baku TV-yə Yasamal rayonu Abdulla Şaiq küçəsi dalan 1 ünvanında yaşayan sakinlər deyiblər.
Onların sözlərinə görə, sakinlərlə heç bir razılığa gəlmədən evlərini söküblər. Hazırda həmin ərazidə MTK tərəfindən çoxmərtəbəli bina tikilir. Tikinti işlərinin hansı MTK tərəfindən aparılmasından isə xəbərsizdirlər. Sakinlər deyirlər ki, gecədən səhərə kimi səksəkədə traktorun gəlib söküntüyə başlayacağını gözləyirlər.
MTK-dan isə yalnız razılıq əldə olunan sakinlərin evlərinin söküldüyü bildirilib. Şirkət rəsmisi sakinlərə 2000-2500 AZN məbləğində kompensasiya verildiyini qeyd edib.
Ətraflı videosüjetdə:
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!












